Yazarlarımız rejimin müəyyənləşdirdiyi sərhədləri aşıb – Haray

TOPLUM bölməsi

22:05 - 21 Fevral 2023

 Yazarlarımız rejimin müəyyənləşdirdiyi sərhədləri aşıb – Haray

Ana dili bir millətin var oluşu deməkdir. Son 30 ilin içərisində fars olmayan millətlərin milli mücadiləsinin başında Güney Azərbaycan türkləri durur. Bu isə ana dillərində yazıb-yaratmaqla, əsər buraxmaqla olub. Bu, “biz fars deyilik, kimliyimiz, mədəniyyətimiz var” deməkdir.

Bu sözləri Yenipress.az-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.

O, İranın rejiminin həbs siyasətində ana dili fəallarının üstünlük təşkil elədiyini bildirib:

“İran rejimi də anlayır ki, biz ana dilində öyrəndiyimiz zaman, fars dilində oxumağa ehtiyac qalmayacaq. Milli mücadilədə bizi dəyərli göstərə biləcək, həmçinin, Azərbaycan və Türkiyə ilə türk olduğumuzu ortaya qoyacaq ən güclü silahlardan biri də ana dilidir. Güneydə Azərbaycan türkcəsinin, Türkiyədə türk dilinin var olması bizdə böyük bir özgüvən yaradıb. Burada dilimizin yaşadığını gördüyümüz üçün  “biz də dilimizi öyrənə bilərik” cəsarətini özümüzdə kəşf etdik. Son 30 ildə gizli dil öyrətmə yerləri quruldu, bu gün də bir çox yazarlarımız farscadan deyil, öz ana dilimizdə yazmağa başlayıblar. Həmin yazıların ərəb əlifbası ilə yazılmasına izn verirlər. Latın qrafikası İranda yasaqdır. Buna baxmayaraq, bizim yazarlarımız, öz gücləri və səyləri sayəsində latın əlifbası ilə də yazmağa başlayıblar. İran rejiminin qoyduğu sərhədləri onlar aşıblar. Yazarlarımızın əsərləri, Azərbaycan və Türkiyədə çap olunub”

Vüsalə

Xəbər xətti