Mina partlayışında neçə hərbçimiz yaralanıb? - Rəsmi cavab

TOPLUM bölməsi

20:52 - 26 İyul 2022

 Mina partlayışında neçə hərbçimiz yaralanıb? - Rəsmi cavab

19:01

Kəlbəcərdə Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri minaya düşüb.

Yenipress.az xəbər verir ki, bu barədə Hərbi məlumatlar Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ağır  yaralananlardan biri briqada komandiri Vüqar İsfəndiyarovdur.

***

Son məlumata görə, Quru Qoşunları Komandanı general Ənvər Əfəndiyev, N saylı briqadanın komandiri Vüqar İsbəndiyarov və gizir rütbəli bir şəxs Kəlbəcərin Göyçə-Daşkəsən stikinə yaxın ərazidə minaya düşüblər.

Briqada komandirinin vəziyyəti ağırdır, gizirimiz çiyin-qol nahiyəsindən zədə alıb.

Ənvər Əfəndiyev isə yüngül zədə alıb.

***

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar Tofiq oğlu İsbəndiyarov xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

***

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.

Xəbər xətti