TV-lər HD-yə keçdi: formatı bu cür tətbiq edin – Video

TOPLUM bölməsi

08:29 - 28 Yanvar 2022

 TV-lər HD-yə keçdi: formatı bu cür tətbiq edin – Video

Bu gündən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçir.

Yenipress.az xəbər verir ki, bu, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədi daşıyır.

Bununla yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək.

Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün video təlimatı təqdim edirik:

Xəbər xətti