Roza Zərgərliyə vəzifə verildi

MAQAZİN bölməsi

16:46 - 27 Yanvar 2022

 Roza Zərgərliyə vəzifə verildi

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacaq "Kanal S"də vəzifə verilib.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.

Sözügedən kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub.

Müğənni hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.

Xəbər xətti