Sayğac fırıldağı: “Azəriqaz” əhaliyə dəymiş bu ziyanı ödəməlidir - Ekspert

TOPLUM bölməsi

14:55 - 26 Yanvar 2022

 Sayğac fırıldağı: “Azəriqaz” əhaliyə dəymiş bu ziyanı ödəməlidir - Ekspert

Yanvar ayının 1-dən qaz sayğacları sıfırlanmağa başlasa da, hələ də bu proseslə bağlı şikayətlər var.

Belə ki, sayğacı sıfırlanmayan vətəndaşlar köhnə, yəni limiti keçmiş qiymətlə qazdan istifadə edirlər.

Bəs bu müddətdə köhnə tariflə yazan sayğacların ödənişi əhaliyə geri qaytarılmalıdırmı? Bu proses necə həyata keçirilməlidir?

Yenipress.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az-a açıqlamasında həmin müddət ərzində əhaliyə dəyən ziyanın “Azəriqaz” tərəfindən ödənilməli olduğunu bildirib:

“Qaz sayğaclarının sıfırlanması ilə bağlı çox ciddi problemlər, şikayətlər var.

Rəsmi olaraq belə bir qəribə açıqlama verilmişdi ki, 60 faizə yaxın sayğac artıq sıfırlanıb. Amma hələ də çətinlik çəkən vətəndaşlar var. Qaz sayğaclarının gec sıfırlanmağı vətəndaşların problemi deyil axı! “Azəriqaz”ın öz problemidir. Öz işlərini elə qurmalı idilər ki, əhali sıfırlanma, limit məsələsində problem yaşamasın.

Bununla bağlı mediada, sosial şəbəkələrdə, ətrafımızdakı insanlar arasında da şikayətlənənlər var. Ona görə də “Azəriqaz”ın borcudur ki, problemləri vaxtında həll etsin.

Əgər kimlərsə “Azəriqaz”ın işini doğru qurmadığına görə ziyana uğrayıbsa, sayğacları hələ də sıfırlanmayıbsa öz hesabına bu problemləri həll etməlidir.

Yəni vətəndaşlara ziyan dəyibsə, “Azəriqaz” bu ziyanı ödəmək üçün tədbirlər görməlidir”.

Xəbər xətti