Nazir Mübariz Qurbanlının qardaşı oğluna vəzifə verdi

TOPLUM bölməsi

14:32 - 26 Yanvar 2022

 Nazir Mübariz Qurbanlının qardaşı oğluna vəzifə verdi

13:54

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.

Xəbər xətti