Baydenin Putini təhqiri ABŞ üçün utancdır - Peskov

DÜNYA bölməsi

15:02 - 22 Fevral 2024

 Baydenin Putini təhqiri ABŞ üçün utancdır - Peskov

Belə bir ölkənin prezidenti bu cür ritorika işlədirsə, o özündən utanmalıdır.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ liderinin ağzından çıxan bu cür iyrənc bəyanatlar başqa bir ölkə rəhbərini incidə bilər, nəinki Prezident Putini, ancaq bu, ölkənin özü üçün böyük biabırçılıqdır. Aydındır ki, cənab Bayden daxili siyasi maraqları təmin etmək məqəsdilə Hollivud kovboy davranışı nümayiş etdirir”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya prezidentini “başdanxarab it oğlu” adlandırıb.

Xəbər xətti