İranlı müəllimlər ana dilində təhsil ilə bağlı bəyanat yaydı

DÜNYA bölməsi

12:19 - 21 Fevral 2024

 İranlı müəllimlər ana dilində təhsil ilə bağlı bəyanat yaydı

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb.

Yenipress.az xəbər verir ki, bəyanatda İran rejimi tərəfindən illərdir başqa dillərin məhv edilməsi siyasətinin aparıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, keçən əsrin əvvəllərində İranda müasir dövlətin formalaşması ilə yanaşı, assimilyasiya və dilöldürmə siyasəti formalaşdırılıb.

Bəyanat müəllifləri mövcud rejimin vətəndaşların ana dilləri ilə bağlı istəklərini nəzərə almadan, təkdilli təhsil siyasətinin davam etdirməsinin qeyri-elmi, qeyri-demokratik və tamamilə yanlış olduğunu yazıblar.

“Vətəndaşların könüllü şəkildə təhsil dilini seçməklə bağlı hüququnu müdafiə edirik. Təhsildə təkdilli siyasətin davam etdirilməsini İranın siyasi coğrafiyası daxilində qeyri-fars millətlərin kollektiv hüquqlarının pozulması kimi qəbul edir, bunu ədalətsiz hərəkət kimi qiymətləndiririk", - təhsil işçiləri bildiriblər.

Xəbər xətti