BMT-də Güney Azərbaycanla bağlı konfrans keçiriləcək

DÜNYA bölməsi

10:52 - 22 Fevral 2024

 BMT-də Güney Azərbaycanla bağlı konfrans keçiriləcək

Martın 11-də BMT-nin Cenevrədəki mənzil qərargahında Güney Azərbaycanla bağlı konfrans keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu barədə konfransın təşkilatçısı Azərbaycan İnsan Hüquqları Cəmiyyəti-Ərk məlumat yayıb.

Konfransda İranda insan haqları, Azərbaycanın ətraf mühit problemləri, Urmiya gölünün qəsdən qurudulması və azərbaycanlı fəalların həbsi mövzusunda çıxışlar ediləcək.

Qeyd edək ki, martın 11-i, BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyası da keçiriləcək.

Xəbər xətti