Rusiyalı hərbi müxbir itkidən dəhşətə gəldi və intihar etdi

DÜNYA bölməsi

12:45 - 21 Fevral 2024

 Rusiyalı hərbi müxbir itkidən dəhşətə gəldi və intihar etdi

Rusiyanın hərbi müxbiri, uzun müddət “dxr”in hərbiləşdirilmiş qüvvələrində baş çavuşu vəzifəsində işləmiş Andrey Morozovun rus təbliğatçılarının təqibləri nəticəsində intihar etdiyi iddia edilir.

Yenipress.az xəbər verir ki, Morozovun intiharını İqor Strelkovun arvadı Miroslava Reginskaya və vəkil Maksim Paşkov təsdiqləyib.

Morozov Teleqram kanalında intihar öncəsi hərbi prokurora müraciətində kəskin silah çatışmazlığından, böyük itkilərdən, rəhbərlik etdiyi bölmədə rotasiya və tibbi xidmətin olmamasından, hərbi rəhbərliyin səhlənkarlığından və saxtakarlığından danışıb.

Qeyd edək ki, rusiyalı hərbi müxbir Avdeyevkanın ələ keçirilməsi zamanı Rusiyanın 16 min itki verdiyini və 300-ə yaxın zirehli texnikasının sıradan çıxarıldığını da deyib.

Xəbər xətti