İranda internet istifadəçilərinə daha bir qadağa tətbiq edildi

DÜNYA bölməsi

17:54 - 20 Fevral 2024

 İranda internet istifadəçilərinə daha bir qadağa tətbiq edildi

İran Kiber Məkan Ali Şurası internet və sosial mediaya girişin məhdudlaşdırılıması və filtr sındıran proqramlardan istifadə ilə bağlı yeni qərar qəbul edib.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Şuranın yeni qərarına əsasən, icazəsiz filtr sındıran proqramlardan istifadə qeyri-qanunidir və istifadəçilərə qarşı hüquqi ölçü götürülə bilər.

Qeyd edək ki, hazırda İranda bir çox sosial şəbəkəyə giriş məhdudlaşdırılıb. İstifadəçilər filtr sındıran proqramlarla bu şəbəkələrdən istifadə edə bilirlər.

Xəbər xətti