Əhmədin saxlanıldığı yer açıqlandı: Gecələr söyüş söyür, qışqırır...

KRİMİNAL bölməsi

11:19 - 20 Fevral 2024

 Əhmədin saxlanıldığı yer açıqlandı: Gecələr söyüş söyür, qışqırır...

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Yenipress.az Gununsesi.info-ya istinadən xəbər verir ki, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.

Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir  edir.

Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.

Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

Xəbər xətti