Qlobal qaz hasilatı arta bilər

DÜNYA bölməsi

10:56 - 20 Fevral 2024

 Qlobal qaz hasilatı arta bilər

2024-cü ildə qlobal qaz hasilatı əvvəlki illə müqayisədə 2,8% artaraq 4,162 trilyon kubmetrə çata bilər, artımın əhəmiyyətli hissəsi MDB ölkələrinin payına düşür.

Yenipress.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.

“Xüsusilə, Şimali Amerikada qaz hasilat 2% artaraq 1,305 trilyon kubmetrə, Yaxın Şərqdə isə 3,3% artaraq 732 mlrd. kubmetrə çata bilər. Eyni zamanda, MDB ölkələrində 2024-cü ildə qaz hasilatı 4% artaraq, 817 milyard kubmetr təşkil edəcək. Asiya-Sakit okean regionunda qaz hasilatı 2%, Afrikada 4,8%, Latın Amerikasında 0,6% arta bilər. Avropada 2,8%, yəni 220 milyard kubmetrə qədər artım mümkündür”, - hesabatda deyilir.

Xəbər xətti