Kremldən Navalnının ölümü ilə bağlı iddialara cavab

DÜNYA bölməsi

15:41 - 19 Fevral 2024

 Kremldən Navalnının ölümü ilə bağlı iddialara cavab

Bu araşdırmanın nəticələri hələlik ictimaiyyətə açıqlanmayıb və ona görə də məlum deyil.

Yenipress.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov rusiyalı müxalifətçi Aleksey Navalnının cəzaçəkmə müəssisəsində 16 fevralda qəfildən ölməsinə görə Qərbin ittihamları ilə bağlı məlumatları şərh edərkən deyib.

“Əsaslı məlumatın olmadığı şəraitdə açıq-saçıq ifadələrin verilməsini yolverilməz hesab edirik. Bu eşitdiyimiz bəyanatlar dövlət adamlarına yaraşmaz”, - o bildirib.

Xəbər xətti