Ermənistandan Gürcüstana qaçaqmalçılığın qarşısı alındı

DÜNYA bölməsi

17:37 - 19 Fevral 2024

 Ermənistandan Gürcüstana qaçaqmalçılığın qarşısı alındı

Gürcüstan gömrükçüləri “Sadaxlo” keçid məntəqəsindən (Ermənistanla sərhəd) ümumi dəyəri 16,7 min lari (təxminən 6,2 min dollar) olan qızıl-zinət əşyalarını ölkəyə keçirmək cəhdinin qarşısını alıblar.

Yenipress.azxəbər verir ki, bu barədə Gürcüstan Gəlirlər Xidməti məlumat yayıb.

“Baxış zamanı xarici ölkə vətəndaşından ümumi çəkisi 171,1 qram olan qızıl-zinət əşyaları götürülüb. Qanunu pozan şəxsin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. İş əlavə tədbirlər görülməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib”, - məlumatda deyilir.

Xəbər xətti