BMT Qarabağ ermənilərinə 1 milyon dollar ayıracaq

DÜNYA bölməsi

16:45 - 19 Fevral 2024

 BMT Qarabağ ermənilərinə 1 milyon dollar ayıracaq

BMT-nin Təhsil Gözləyə Bilməz Fondu Qarabağdan könüllü köçən erməni  uşaqların təhsili üçün 1 milyon dollar ayıracaq.

Yenipress.az xəbər verir ki, bu barədə YUNİSEF-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qrant YUNİSEF və Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə respublikanın uşaq bağçalarında ibtidai təhsilin təşkili məqsədilə ayrılacaq:

“2023-cü ilin sentyabrında 100 mindən çox insan (rəqəmlər mübahisəlidir-red.), o cümlədən 30 min uşaq hərbi əməliyyatlar nəticəsində Ermənistana köçüb. Bunlardan 3 min nəfəri sağlamlıq imkanları məhdud, 9 min nəfəri 6 yaşadək uşaqlardır”.

Xəbər xətti