Rusiya hakerləri İran səfirliklərinə kiberhücum etdi

DÜNYA bölməsi

10:37 - 19 Fevral 2024

 Rusiya hakerləri İran səfirliklərinə kiberhücum etdi

Rusiyalı haker qrupu İranın Rusiya və Niderlanddakı səfirliklərinə kiberhücum həyata keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Recorded Future" Kibertəhlükəsizlik şirkəti məlumat yayıb.

Bildirilib ki, "TAG-70" kimi tanınan haker qrupu bu hücumları hədəf ölkələrin siyasi və hərbi fəaliyyətləri haqqında məlumat toplamaq məqsədi ilə həyata keçirib.

Kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, Rusiyanın İran səfirliklərinə kiberhücumu Moskvanın İranın hazırkı diplomatik və xarici siyasət fəaliyyətini qiymətləndirmək istəyini göstərir, - məlumatda qeyd edilib.

Qeyd edək ki, 2020-ci ilin dekabrında fəaliyyətə başlayan TAG-70 haker qrupu Rusiya və Belarusun siyasi maraqlarına uyğun işləyir. Ekspertlərin fikrincə, bu qrupun istifadə etdiyi texnika və ləvazimat onların əhəmiyyətli büdcəsini və mürəkkəb kiberhücumların həyata keçirilməsində yüksək bacarıqlarını göstərir.

Xəbər xətti