Məhkəmə keçmiş erməni nazir barəsində qərar verdi

DÜNYA bölməsi

16:09 - 18 Fevral 2024

 Məhkəmə keçmiş erməni nazir barəsində qərar verdi

İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyanın iki aylıq ev dustaqlığına buraxılmasına qərar verib.

Yenipress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Keçmiş nazirə evdən çıxmaq, kimisə qəbul etmək və ya tanımadığı şəxslərlə ünsiyyət qurmaq, təcili yardıma, hüquq-mühafizə orqanlarına və xilasetmə xidmətinə çağırış kimi fövqəladə hallar istisna olmaqla, yazışmalar və telefon danışıqları qadağan edilib.

Qərardan məhkəmə aktı alındıqdan sonra 10 gün ərzində şikayət verilə bilər.

Qeyd edək ki, fevralın 15-də Vaan Kerobyan İstintaq Komitəsinə dindirilməyə çağırılıb və ona “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti