1 ay əvvəl atasını öldürən şəxs həbsdə öldü

KRİMİNAL bölməsi

12:40 - 16 Fevral 2024

 1 ay əvvəl atasını öldürən şəxs həbsdə öldü

Şirvanda 1 ay əvvəl atasının qətlinə görə saxlanılan şəxs ölüb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu il yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirməkdə təqsirləndirilən Şirvan sakini, 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifovun ötən gün xəstəlikdən öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

Qeyd edək ki, S.Şərifov barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmış, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Xəbər xətti