Əli Əsədovun baş nazir olmasına qarşı çıxan yeganə deputat kimdir?

TOPLUM bölməsi

11:53 - 16 Fevral 2024

 Əli Əsədovun baş nazir olmasına qarşı çıxan yeganə deputat kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazirliyə təqdim etdiyi namizədi səsə qoyub.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, Əli Əsədovun baş nazirliyə namizədliyinə yalnız bir deputat qarşı olub, daha bir deputat isə bitərəf qalıb. Səsvermədə iştirak edən digər deputatların hamısı Əli Əsədovun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, səsvermə gizli keçirildiyindən, Ə.Əsədovun namizədliyinə qarşı çıxan deputatın kimliyi bəlli deyil.

 

Xəbər xətti