MM razılıq verdi: Yeni Baş nazir təyin edildi

TOPLUM bölməsi

10:35 - 16 Fevral 2024

 MM razılıq verdi: Yeni Baş nazir təyin edildi

10:18

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Yenipress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə Əli Əsədovun namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Qeyd edək ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev fevralın 14-də and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Fevralın 15-də Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

***

Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

 

Xəbər xətti