ETX xəbərdarlıq etdi: Saxta reklamlara aldanmayın!

İKT bölməsi

19:48 - 5 Fevral 2024

 ETX xəbərdarlıq etdi: Saxta reklamlara aldanmayın!

Sosial şəbəkələrdə dələduzlar tərəfindən “deepfake” texnologiyası ilə hazırlanmış və reallığı əks etdirməyən videogörüntülər yayılır.

Bu sözləri Yenipress.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə sosial şəbəkələrdə məşhur şəxslərin adından saxta reklamların yayımlanması barədə danışarkən deyib.

O bildirib ki, bu videolar insanları aldadaraq onların pullarını ələ keçirmək məqsədilə yayımlanır:

“Son zamanlar saxta reklamlar hər hansı qurum və ya vəzifəli şəxslərin adından həyata keçirilir. Bu, vətəndaşları aldadaraq, onların pul vəsaitini ələ keçirmək məqsədi daşıyır. “Deepfake” texnologiyası ilə hazırlanmış videolara diqqət etsək görərik ki, bu videolarda qeyri-təbii hərəkətlər, göz və üz ifadələri əks olunur, səs və görüntü arasında sinxronizasiya mövcud olmur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu tipli məlumatlara aldanmamağı, hər hansı şirkət, qurum və ya vəzifəli şəxslər adından yayılan məlumatların düzgünlüyünü ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlamaqla, qurumun rəsmi saytına daxil olmaqla dəqiqləşdirməyi tövsiyə edir".

Valeh

Xəbər xətti