KİV: Mbappe "Real"la anlaşdı

İDMAN bölməsi

11:40 - 8 Yanvar 2024

 KİV: Mbappe

Fransa millisinin və PSJ komandasının futbolçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə anlaşıb.

Yenipress.az xəbər verir ki, bu barədə "FootMercato" məlumat yayıb.

Bildirilib ki, Madrid təmsilçisi 25 yaşlı hücumçu ilə tam razılığa gəlib. O, "Kral klubu" ilə müqavilə imzalayacaq və parislilərlə müqaviləsi bitdikdən sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Mbappe cari mövsüm PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti