Güneyli xanım idmançı Asiya çempionu oldu

İDMAN bölməsi

13:09 - 16 Dekabr 2023

 Güneyli xanım idmançı Asiya çempionu oldu

Həmədandan olan idmançı Kimiya Zarei Tailandda keçirilən 23 yaşadək qadınlar arasında yüngül çəkidə bir nəfərlik avarçəkmə yarışlarında qızıl medal qazanaraq Asiya çempionu olub.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Kimiya Zarei, Tailand, Vyetnam, Qazaxıstan, Honq Konq və Şri-Lankadan olan rəqibləri ilə mübarizə aparıb, yekunda 8:07,452 dəqiqə nəticə ilə birinci yeri tutub.

Xəbər xətti