Sumqayıt sakinləri 2032-ci ili “qarşıladı” – Foto

TOPLUM bölməsi

23:45 - 1 Yanvar 2023

 Sumqayıt sakinləri 2032-ci ili “qarşıladı” – Foto

Sumqayıt sakinləri 2023 əvəzinə 2032-ci ili “qarşılayıblar”.

Yenipress.az xəbər verir ki, bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Qeyd edilib ki, Sumqayıtda Yeni illə bağlı “2023” rəqəmlərini əks etdirən işıqlanmada “2” və “3”-ün yeri səhv düşüb. Nə qədər qəribə də olsa, bu yanlışı rəsmilər diqqətdən qaçırıblar. Nəticədə isə bu mənzərə ortaya çıxıb.

Fotonun dəqiq harada çəkildiyi barədə informasiya yoxdur.

Xəbər xətti