Diqqət: "20 yanvar dairəsi" bu tarixə kimi bağlı olacaq

TOPLUM bölməsi

09:45 - 29 Dekabr 2022

 Diqqət:

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının "20 Yanvar dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Yenipress.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - "3-cü mikrorayon dairəsi"ndəki yol ötürücüsündə aparılacaq təmir işləridir.

Xəbər xətti