Prezidentin göstərişini saymayan villa sahibləri - Video

TOPLUM bölməsi

08:59 - 27 İyul 2022

 Prezidentin göstərişini saymayan villa sahibləri - Video

Prezident İlham Əliyevin göstərişi ilə sahilboyu zəbt olunan ərazilərdəki qanunsuz tikililər sökülür.

Buzovnada söküntü işləri davam edir, ancaq digər sahilyanı ərazilər üçün bunu demək mümkün deyil.

Türkan sahilində yerləşən villalardan birinin hasarı olmasa da, dənizin içinə qədər uzanan estakadaya sahibdir.

Yenipress.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyəti aydınlaşdırmaq üçün əraziyə yollanıblar.

Çəkilişin getdiyini görən ərazidəki şəxslərdən biri əməkdaşlara telefonla yaxınlaşıb, daha sonra çəkilişi dayandırmaq üçün rüşvət təklif edib.

Daha ətraflı süjetdə:

Xəbər xətti