Məktəblilərin qeyri-etik davranışı: cinayət işi qaldırıldı

TOPLUM bölməsi

11:34 - 20 Fevral 2024

 Məktəblilərin qeyri-etik davranışı: cinayət işi qaldırıldı

156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü il, yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə cinayət işi qaldırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda istintaq hərəkətləri davam etdirilir.

Xəbər xətti