“İyirmi birinci möcüzə” nümayiş olunacaq - Video

MAQAZİN bölməsi

20:21 - 19 Fevral 2024

 “İyirmi birinci möcüzə” nümayiş olunacaq - Video

“İyirmi birinci möcüzə” filmi fevralın 21-dən ölkə kinoteatrlarında yayıma başlayır.

Yenipress.az xəbər verir ki, ekran əsərinin rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Elçin Muradov, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, bəstəkarı Rüstəm Zeynallı, filmin direktoru Sain Qəhrəman, baş prodüseri Ələsgər Mehdiyevdir.

"NM Film" prodakşının istehsalı olan filmdə rolları Nicat Mehdi, İbrahim Çingiz, Kəmalə Piriyeva, Məhəmməd Verdizadə, Mətanət Əhmədova, Tural Əhməd, Fidan Axundova, Elman Rəfiyev, Ülviyyə Rza, Toğrul Rza, Məryəm Hüseynova, Kamil Heybətov və başqaları canlandırıb.

Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdir. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.

Xəbər xətti