ABŞ səfiri xanımı ilə Bakını gəzdi - Foto

GÜNDƏM bölməsi

11:46 - 29 Yanvar 2024

 ABŞ səfiri xanımı ilə Bakını gəzdi - Foto

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərini gəzib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin X hesabında paylaşım edilib.

“Bu həftəsonu mən Danuşiya ilə birlikdə Bakı şəhərinin görməli yerlərini kəşf etməyə davam edərkən Ayna Sultanova heykəlini və Atatürk parkını ziyarət etdim. Yol boyu pişik Məstanla tanış olmaq da xoş idi!”, - deyə səfir qeyd edib.

Paylaşımda, həmçinin Bakıda çəkilən fotolar da yer alıb.

Xatırladaq ki, o, bundan əvvəl həyat yoldaşı ilə birlikdə Zeynalabdin Tağıyevin keçmiş sarayında yerləşən Milli Tarix Muzeyini ziyarət edib.

Xəbər xətti