FHN-in xüsusi texnikası qəzaya düşdü - Foto

GÜNDƏM bölməsi

11:11 - 19 Yanvar 2024

 FHN-in xüsusi texnikası qəzaya düşdü - Foto

Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Hüseyn Seyidzadə küçəsində “KIA” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib. Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbər xətti