Süni mal ətinin satılmasına icazə verildi

SAĞLIQ bölməsi

11:09 - 18 Yanvar 2024

 Süni mal ətinin satılmasına icazə verildi

İsrail dünyada ilk dəfə mal əti əsasında hazırlanmış süni ətin satışına razılıq verib.

Yenipress.az Modern.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi “Aleph Farms” adlı şirkətə süni ət satmağa icazə verib.

Bundan önxə Sinqapur və ABŞ süni toyuq satışına icazə versə də, süni mal ətinin satılmasına icazə verən ilk ölkə İsrail olub.

Qərar Nazirliyin alternativ zülal üçün pilot proqramın bir hissəsi olaraq qəbul edilib. Ölkə artan qlobal tələbat fonunda alternativ qida mənbələri üzərində işləyir.

Şirkət İsrail hökumətinin qərarı alqışlayıb. “Ərzaq təhlükəsizliyi kimi ümumi problemlərin həlli Yaxın Şərq regionunun, eləcə də dünyanın ərzaq idxalından əhəmiyyətli dərəcədə asılı olan digər bölgələrinin rifahını təmin etmək üçün ən yaxşı yol olacaq”, - şirkətin baş direktoru Didier Toubia deyib.

Şirkət süni ət istehsal etmək üçün heyvanların toxuma əzələlərini daim inkişaf etdirmək qabiliyyətindən istifadə edir. Heyvanlardan götürülən hüceyrələrin toxumaya çevrilməsi üçün optimal şərait yaaradılır. Daha sonra bu hüceyrələr xüsusi çənlərdə yetişdirilir və ət hazırlanır.

Xəbər xətti