Uşaqlıq və yeniyetməlik depressiyası təhlükəlidir?

SAĞLIQ bölməsi

10:31 - 28 Dekabr 2023

 Uşaqlıq və yeniyetməlik depressiyası təhlükəlidir?

Yeniyetməlikdə xarakter depresiv əsaslarla, neqativ pessimist yöndən formalaşırsa, daha qalıcı olacaq. Yəni yeniyetməlikdə depressiyanın təhlükəli tərəfi onun travmatik və qalıcı ola bilməsi ilə bağlıdır. Ona görə də xüsusilə yeniyetmələrə qarş daha həssas daha diqqətli olmaq lazımdır.

Yenipress.az xəbər verir ki, bu sözləri psixoloq Fuad Əsədov deyib.

“Uşaqlıqda yaşanılan depressiya ilə böyüklərdə yaşanılan depressiya arasında fərqlər var. Belə ki, böyüklərdə depressiya daha çox düşüncə formasında özünü göstərir. Böyüklər danışanda  görürsünüz ki, neqativ cümlələr qurur, beyinlərində isə hər zaman neqativ düşüncə var. Amma uşaqlarda bu, daha çox davranışlarda müşahidə olunur. Özünə qapanma, oyun oynamamaq və ya həvəssiz olmaq, insanlardan uzaq qalmaq, dərslərini oxumağa daha az vaxt ayırmaq kimi əlamətlər özünü göstərir. Valideynlər belə vəziyyətlərdə diqqətli olmalıdırlar. Yeniyetməliyin qeyri-sabit psixologiyasını anlamaq lazımdır. Mümkün qədər ailə dəstəyi və basqısız bir münasibət görməlidirlər”, - Əsədov bildirib.

Sevil Əliyeva

Xəbər xətti