Güneyli xanəndə Vahabzadənin sözlərinə musiqi bəstələdi - Video

TOPLUM bölməsi

19:38 - 21 Fevral 2023

 Güneyli xanəndə Vahabzadənin sözlərinə musiqi bəstələdi - Video

İki ildir Beynəlxalq Ana Dili Günü ilə bağlı işlər görürəm. Ötən il ”Şirindil” mahnım məşhur oldu və xalq tərəfindən bəyənildi. Bu il isə "Dil evin varlığıdır" klipi ilə xalqımızın qarşısına çıxdım. Bu klipi və mahnını da xalqımız çox sevdi.

Bu sözləri Yenipress.az-a Güney Azərbaycandan olan tanınmış muğənni  Məcid Əsri yeni klipi ilə bağlı danışarkən deyib.

“Tehranda, Ərdəbildə və Xiyavda müəllim kimi çalışıram. Uşaqlara Azərbaycan xalq mahnıları və təsniflər öyrədirəm. Klipin çəkilişlərində Tehranda, Ərdəbildə və Xiyavda dərs dediyim şagirdlər iştirak edib. Mahnının sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi isə mənə aiddir. Klipin rejissoru Səccad Dadpupdur. Nəfəs alətlərində Şimali Azərbaycandan olan İdris Tağıyev ifa edib. Aranjiman Nəvid İqbaliyə aiddir”.

Qeyd edək ki, Məcid Əsri 2017-ci ildə Azərbaycan Televiziya Muğam müsabiqəsinin 3-sü olub. Onun müəllimi xanəndə Qəzənfər Abbasov olub.

Vüsalə

Xəbər xətti