Bəxtiyar Hacıyev aclıq edir – 5 kq arıqladı

TOPLUM bölməsi

23:36 - 22 Dekabr 2022

 Bəxtiyar Hacıyev aclıq edir – 5 kq arıqladı

Həbsinə etiraz olaraq aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyev 5 kq çəki itirib.

Yenipress.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

O bildirib ki, vəkil Cavad Cavadov B.Hacıyevlə görüşüb:

“Bəxtiyar Hacıyev gün ərzində daha yarım kiloqram itirib, ümumilikdə həbsindən bəri 5 kq arıqlayıb. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin azadlığa çıxana qədər aclığı davam etdirəcək”.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham olunur.

9 dekabrda onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

B.Hacıyev həbsinə etiraz olaraq sulu aclıq aksiyası keçirir.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər