ABŞ Avropanı çökdürəcək - Matviyenko

DÜNYA bölməsi

17:34 - 23 Aprel 2024

 ABŞ Avropanı çökdürəcək - Matviyenko

ABŞ Ukraynaya yeni yardım paketi ayırdıqdan sonra Avropadan Kiyevə mümkün qədər çox pul ayrılmasını tələb edəcək.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Matviyenkonun sözlərinə görə, Ukraynaya yardımın ayrılması qərarında gözlənilməz heç nə yoxdur və vəsait Kiyevin deyil, ABŞ-ın maraqlarına yönələcək:

“İndi onlar Avropanı diz çökdürüb, bu çılğın qarşıdurma üçün mümkün qədər çox pul vermələrini tələb edəcəklər. Ona görə də biz istənilən ssenarinin inkişafına hazırıq - həm A, həm də B vəziyyəti üzrə fəaliyyət planı hazırlamışıq. Bununla bağlı bizimlə heç nə edə bilməyəcəklər. Bundan söhbət belə gedə bilməz. Bunu başa düşürlər, sadəcə olaraq münaqişəni uzadırlar”.

Xəbər xətti