Ermənistanda qarşıdurma yaşanır

GÜNDƏM bölməsi

17:00 - 23 Aprel 2024

 Ermənistanda qarşıdurma yaşanır

Ermənistanın Tavuş vilayətinin Noyemberyan rayonunda vəziyyət olduqca gərgindir.

Yenipress.az xəbər verir ki, bununla bağlı “24nyus.am” məlumat yayıb.

Belə ki, etirazçı kütlə ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanır.

Baqrataşen kəndi önündə xidməti maşın kütlə üzərinə sürülüb.

Qeyd edək ki, sözügedən kənd Tavuş vilayətinin şimalında yerləşir. Eyni zamanda Ermənistan-Gürcüstan sərhədindəki üç sərhəd-nəzarət buraxılış məntəqəsindən biri bu kənddədir. İrəvan-Tiflis magistralı da buradan keçir.

Xəbər xətti