Türk səfir Qarabağa görə meydan oxudu, ABŞ konqresmeni şok yaşadı

GÜNDƏM bölməsi

17:45 - 22 Aprel 2024

 Türk səfir Qarabağa görə meydan oxudu, ABŞ konqresmeni şok yaşadı

Bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağ və qondarma “erməni soyqırımı” ilə bağlı dinləmələr keçirilib.

Yenipress.az Globalinfo.az-a istinadla xəbər verir ki, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamların səsləndirildiyi dinləmələr zamanı Nyu Cersidən olan konqresmen Kris Smitin Türkiyənin ABŞ-dakı səfiri ilə arasında keçən dialoqu xatırlatması diqqət çəkib.

Konqresmen Türkiyə səfiri ilə Qarabağ haqqında müzakirə apardığını deyib:

“Mən onunla Qarabağda baş verənlər haqda danışırdım. Mənə alçaldıcı, təkəbbürlü bir tonda cavab verirdi. O dedi ki, belə davam etsəniz, NATO-nun Türkiyədə – İncirlikdə yerləşən bazasını çıxaracağıq. Mən də dedim ki, elə olacağı təqdirdə baza Yunanıstana köçürüləcək”.

Xəbər xətti