Belçika razılıq verdi: SEPAH terror təşkilatı elan edilsin

DÜNYA bölməsi

12:18 - 23 Aprel 2024

 Belçika razılıq verdi: SEPAH terror təşkilatı elan edilsin

Belçika hökuməti uzun müddət sonra SEPAH-ın Avropa Birliyinin terror qrupları siyahısına salınmasını tələb etməyə razılaşıb.

Yenipress.az xəbər verir ki, bunu Belçika parlamentinin İran əsilli nümayəndəsi Səfa Dəryayi X səhifəsində yazıb.

O, bunun baş tutması üçün bir il əvvəl təklif irəli sürdüyünə diqqət çəkib:

“Uzun müddətdir, hamını və şübhəsiz ki, Belçika hökumətini SEPAH-ın terror təşkilatı olduğuna, adının terror qruplaşmaları siyahısına salınmalı olduğuna inandırmağa çalışıram”, - Dəryayi qeyd edib.

Xəbər xətti