AzTV-nin AMEA yalanı: Alim şok faktı açıqladı - Foto

TOPLUM bölməsi

14:42 - 26 İyul 2022

 AzTV-nin AMEA yalanı: Alim şok faktı açıqladı - Foto

Azərbaycan Dövlət Televiziyasının AMEA-da 17:40 radələrində olması, 18:00-da isə işdən çıxan kimsəni görməməsi barədə tənqidi materiala AMEA-nın əməkdaşı, tanınmış alim Zaur Əliyev fotofaktlarla cavab verib.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, Z.Əliyev müşahidə kameralarına əsasən işdən çıxdığı vaxtı əks etdirən görüntülərin saniyəsinə qədər paylaşıb:

“Şəkillərə baxın, AMEA haqqında verliş hazırlayan jurnalist iddia edir ki, guya 17:40-da AMEA-da olub və çəkilişi də bu zaman edib. Guya işçilər bu vaxt orda olmayıb. İndi əsl həqiqətləri sizlərə təqdim edirəm:

17:59-da mən çıxmışam AMEA-dan (fotoda 17:59-da Zaur Əliyevin Akademiya binasının önündə olduğu əks olunub – red.). TV işçiləri orda yox idi.

10 dəqiqə bağda gəzmişəm.

Saat 18:21-də AzTV əməkdaşları gəlib, AMEA qarşısında durublar (AzTV əməkdaşlarının Akademiya binasının önündə olduğunu əks etdirən foto – red.), hazırlıq görüb, 18:40-da çəkiliş aparıblar, amma efirdə 17:40-da AMEA-da çəkiliş apardıqlarını deyirlər. AzTV bu qədər yalanla hara gedir

Baxın saatlara! 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsünüz? Bir kanal əməkdaşı olubmu orda? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət verin AzTV yalanına!”.

Xəbər xətti