AzTV AMEA-nı tənqid etdi - Video

TOPLUM bölməsi

10:12 - 26 İyul 2022

 AzTV AMEA-nı tənqid etdi - Video

AzTV-nin efirində Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı süjet yayımlanıb.

Yenipress.az xəbər verir ki, süjetdə AMEA-nın fəaliyyəti sərt tənqid olunub.

Belə ki, iş saatının bitən vaxtı, yəni 18:00 radələrində AMEA-dan bir nəfərin belə çıxdığı görülməyib.

Binaya daxil olan müxbir və operator elm ocağının bomboş, heç kimin olmadığını, işıqların söndürüldüyünü vurğulayıblar.

Çəkilişə icazə verilmədiyini deyən mühafizəçi dərhal rəhbərini çağırıb.

O isə bildirib ki, AMEA kollektivinin 80 faizi məzuniyyətdə olduğu üçün hazırda binada heç kim yoxdur: “Çəkiliş etmək istəyirsinizsə, səhər saat 10-11-də gəlin”.

Daha ətraflı süjetdə:

Xəbər xətti