Bu başçı özünüreklama başladı - Video

TOPLUM bölməsi

16:00 - 19 İyul 2022

 Bu başçı özünüreklama başladı  - Video

Salyan rayonunun icra başçısı Sevindik Hətəmovla bağlı maraqlı video yayılıb.

Yenipress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Sevindik Hətəmovun qazi ilə görüşməsi, bu zaman yaxınlaşan şəxsə isə “çəkmə” dediyi, “israrlardan sonra” isə "çəkilişə icazə verməsi" gülüş hədəfinə çevrilib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, özünü reklama girişən S.Hətəmov “unikal” yollar axtarır və buna səxavətlə vəsait xərcləyir.

Qeyd edək ki, Sevindik Hətəmov 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.

1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsində təhsil alıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfat hesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

4 mart 2016-cı ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısıdır.

Yenipress.az

Xəbər xətti