Bakıda ən çox yoluxma bu ərazidədir

TOPLUM bölməsi

10:37 - 28 Yanvar 2022

 Bakıda ən çox yoluxma bu ərazidədir

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.

Yenipress.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 % Yasamal, 11,6 %-lə Sabunçu, 8,4 %-lə Suraxanı, 7,9 %-lə Nərimanov, 7,7 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 5 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Xəbər xətti