Hərbçimizin Naxçıvanda vəfat etməsi təsdiqləndi - Səbəb açıqlandı

TOPLUM bölməsi

21:53 - 27 Yanvar 2022

 Hərbçimizin Naxçıvanda vəfat etməsi təsdiqləndi - Səbəb açıqlandı

Yanvarın 27-də N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü Eşqin Etibar oğlu İsmayıllının meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Yenipress.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, bu gün Naxçıvanda hərbçimizin vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

Xəbər xətti