Məktəb direktorunun şok səs yazısı yayıldı

TOPLUM bölməsi

12:58 - 27 Yanvar 2022

 Məktəb direktorunun şok səs yazısı yayıldı

12:05

Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını deyib.

***

Təhsil Nazirliyindən Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparıldığı bildirilib.

Həmin səs yazısını təqdim edirik:

Xəbər xətti