Erməni professor: Qarabağ erməniləri işdən məhrum edilib​

DÜNYA bölməsi

17:43 - 20 Fevral 2024

 Erməni professor: Qarabağ erməniləri işdən məhrum edilib​

Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilərin 15%-i Ermənistanı tərk edib.

Yenipress.az xəbər verir ki, bunu erməni professor, Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan deyib.

O bildirib ki, Qarabağ ermənilərinin Ermənistandan getməsinə əsas səbəb məşğulluqla bağlı çətinliklərdir:

“Əmək bazarındakı vəziyyəti Ermənistana əməkçi miqrantların kütləvi axını daha da gərginləşdirir. Təkcə Hindistandan Ermənistana 14 minə yaxın əməkçi miqrant gəlib. Ermənistanda yoxsulluğun səviyyəsi artıq üçüncü ildir ki, artır. Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir, lakin ekspertlərin hesablamalarına görə, Şirak bölgəsində bu rəqəm 60%-i keçir. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatının strukturu 2023-cü ildə daha da pisləşib. Üstəlik, qida, içki və geyim istehsalı da azalıb. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmi də azalıb ki, bu da ixrac sektorunda ciddi problemləri əks etdirir”.

Xəbər xətti