Müxaliflər İrandakı seçkiləri boykota çağırdı

DÜNYA bölməsi

11:05 - 20 Fevral 2024

 Müxaliflər İrandakı seçkiləri boykota çağırdı

Xaricdə yaşayan İran hakimiyyətinə müxalif mühacirlər və bir neçə siyasi partiya İranda keçiriləcək parlament və Ekspertlər Məclisinin seçkilərini boykota çağırıblar.

Yenipress.az xəbər verir ki, bu barədə İranda Dünyəvi Demokratik Respublika üçün Koalisiya qurumu bəyanat yayıb.

Bildirilib ki, ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi və etirazların qələbə ilə nəticələnməsi üçün vətəndaşlar seçkilərdə iştirakdan imtina etməlidir.

Qeyd edək ki, İran parlamentinin 12-ci dövr seçkiləri və Rəhbərin Səlahiyyətlərini Müəyyənləşdirən Ekspertlər Məclisinin seçkiləri martın 1-də keçiriləcək.

Xəbər xətti