İranın uranı zənginləşdirməsi dinc məqsədlər üçün deyil - MAQATE

DÜNYA bölməsi

10:16 - 20 Fevral 2024

 İranın uranı zənginləşdirməsi dinc məqsədlər üçün deyil - MAQATE

İran uranı ticari tələblərindən daha yüksək səviyyədə zənginləşdirməyə davam etdir və daim bu ehtiyatı artırır.

Yenipress.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

“Uranın 60% zənginləşdirilməsi nüvə silahı istehsalı üçün tələb olunan səviyyəyə yaxındır. Bu, əlbəttə ki, sadəcə, kommersiya və mülki məqsədlər üçün istifadə olunmur. İran nüvə silahı axtarışında olmadığını təkid edir, lakin heç bir ölkə nüvə silahı istehsalı olmadan uranı bu səviyyədə zənginləşdirməyib”, - o bildirib.

Qeyd edək ki, Rafael Qossinin gələn ay İrana səfər edəcəyi gözlənilir.

Xəbər xətti