BƏƏ 84 nəfəri bu səbəbdən mühakimə edəcək

DÜNYA bölməsi

14:56 - 19 Fevral 2024

 BƏƏ 84 nəfəri bu səbəbdən mühakimə edəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Ərəb baharı” etirazları ilə əlaqəli 84 nəfəri yenidən mühakimə edir.

Yenipress.az xəbər verir ki, bu barədə Əmirliyin rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, məhkəmə tərəfindən təyin olunan cəza müddəti tamamlanaraq azadlığa buraxılan 84 nəfər “Müsəlman Qardaşları”nın üzvləri və ya terrorçu adlandırılaraq, haqlarında yenidən məhkəmə işi başladılıb.

“Son altı ayda aparılan araşdırmalarda bu şəxslərin ittihamları ilə bağlı gizlədilmiş yeni şahid və dəlillər əldə edilib. Buna görə də onlar yenidən mühakimə olunmalıdır. Müttəhimlər üçün ölkə prokrorluğu tərəfindən ən ağır cəza tələb olunub”, - məlumatda bildirilib.

Xəbər xətti