Tehran Universitetində qızlara məhdudiyyətlər artdı

DÜNYA bölməsi

14:44 - 19 Fevral 2024

 Tehran Universitetində qızlara məhdudiyyətlər artdı

Tehran Universitetində tələbə qızların geyim tərzləri və hicablarına nəzarət məqsədilə yeni “Hicabban” (hicab polisi) dəstələri işə cəlb olunub.

Yenipress.az xəbər verir ki, bu barədə universitetin prorektoru Mehdi Şahbazi məlumat yayıb.

O bildirib ki, məcburi hicab qaydalarının tətbiqi və qorunması ilə bağlı universitet müəllimlərinə də ciddi xəbərdarlıq edilib.

“İlna” xəbər agentliyi isə Tehran Universitetinin rəhbərliyi və müəllimlərinə "əxlaq nizamnaməsi" göndərildiyini, bütün qız tələbələrin, müəllimələrin buna riayət etməli olduğuna dair xəbərdarlıq edildiyini yazıb.

Xəbər xətti